Gəncədə sabiq məmurlara qarşı keçirilən əməliyyatla bağlı AÇIQLAMA -FOTOLARbackend

Gəncədə sabiq məmurlara qarşı keçirilən əməliyyatla bağlı AÇIQLAMA - FOTOLAR

Baş Prokurorluq Gəncə şəhərində keçirilən əməliyyata münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirilməsi ilə əlaqədar ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək.

***

23:08:2020

23:51
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib.

KONKRET.az Unikal.org-a əldə etdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində   Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər – Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.

Qeyd edək ki, hər iki şəxs E. Vəliyevin yaxın adamları hesab olunur.

Əlavə məlumat veriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*