Göyçay sakini amansızlıqla qətlə yetirildibackend

Göyçay sakini amansızlıqla qətlə yetirildi

Fevralın 18-i saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

KONKRET.az-a Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib, zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.

Hazırda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*