Göyçay sakini həmkəndlisini qətlə yetirdibackend

Göyçay sakini həmkəndlisini qətlə yetirdi

Göyçay rayonunda qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bəydövül kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafayev Qılman Maarif oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1983-cü il təvəllüdlü İsmayılov Elvin Mübariz oğlunu bıçaqlayıb. Ürək nahiyəsindən iki bıçaq xəsarəti alan Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı onların arasında dava olub və bu gün yenidən başlayan mübahisə qətl hadisəsi ilə nəticələnib. Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil.

Qətli törədən Qılman Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Elvin İsmayılovun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*