Göyçayda yaşıllığa qarşı “soyqırım”la bağlı araşdırma başladı  – 1 nəfər saxlanıldıbackend

Göyçayda yaşıllığa qarşı "soyqırım"la bağlı araşdırma başladı - 1 nəfər saxlanıldı

KONKRET.az xəbər verir ki, manset.az-ın Göyçay şəhərində sağlam şam ağaclarının qəsdən qurudularaq yerində obyekt tikildiyi iddiası ilə bağlı yayımladığı xəbərə rəsmi münasibət bildirilib. Qeyd olunan məsələ ilə bağlı polis və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, əraziyə baxış keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən bir nəfər müəyyən olunaraq saxlanılıb. Dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sorğu göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Göyçay şəhərinin Nizami küçəsində sağlam şam ağaclarının qəsdən qurudularaq yerində obyekt tikildiyi iddia edilir.

Ağacların gövdəsi deşilərək içinə kimyəvi maddə (kislota) vurulub. Nəticədə ağaclar quruyur və onlar kəsilərək yerində obyekt tikilməsinin planlaşdırıldığı bildirilir.

Sözügedən görüntüləti təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*