Göygöldə obyektdən oğurluq oldubackend

Göygöldə obyektdən oğurluq oldu

Göygöl rayonunda obyektdən oğurluq edən şəxs saxlanılıb.

KONKRET.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Hacıməlik qəsəbəsi ərazisindəki obyektlərin birində baş verib.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hacıməlik qəsəbəsi ərazisindəki obyektlərin birindən 4000 manat dəyərində 1 ədəd dəmir darvaza, 6 ədəd plastik pəncərə, dəmir borular və masalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Y.Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*