“Green Card” üçün müraciət edənlərə pis xəbərbackend

“Green Card” üçün müraciət edənlərə PİS XƏBƏR 

ABŞ-nin “Green Card” (Yaşıl Kart) lotereyası üzrə qeydiyyat prosesi gecikir. Rəsmi qeydiyyatın nə vaxt başlayacağı barədə dəqiq tarix hələlik məlum deyil.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyindən Oxu.Az-ın sorğusuna cavab verilib.

Bildirilib ki, federal hökumətin fəaliyyətini dayandırdığı dövrdə (şatdaun) ABŞ hökumətinin bir çox vacib olmayan xidmətləri müvəqqəti olaraq dayandırılır:

“Yaşıl Kart lotereyası ilə bağlı məlumat almaq üçün hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən müraciət etmək lazımdır”.

Qeyd edək ki, 2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti 2026-cı maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*