Konkret.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə şəhər mərkəzindən 35 kilometr aralıdakı Küçüksütlücə kəndində baş verib. Verilən xəbərlərə görə, Oğuz K. gecə yataqda həyat yoldaşının olmadığını fərq edib. O, zövcəsi Birgül K-nı axtararkən evlərinin yanındakı tövlədə cəsədini tapıb. Bildirilir ki, arvadı Birgül Kş başından ov tüfəngi ilə vurulub. Oğuz dərhal polisə zəng edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun özünü həbs ediblər. Şübhəli şəxs qismində saxlanılan ər bildirib ki, həyat yoldaşını kimsə qətlə yetirib.
Natiq Səlim
