Gümrünün meri Vardan Qukasyan saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABC Media merin köməkçisinə istinadən məlumat yayıb.
Qukasyanın köməkçisi bildirib ki, bələdiyyə binasına 60-70 nəfər daxil olub, meri saxlayıblar.
Onun sözlərinə görə, meriyada hazırda Ermənistan Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları var.
Qeyd edək ki, daha əvvəl müxalifətçi mer Vardan Qukasyanın oğlu Spartaka qarşı “hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə” ittihamları ilə cinayət işi açılıb.