Gürcü nazir Ermənistana gedirbackend

Gürcü nazir Ermənistana gedir

Gürcüstanın təhsil naziri Givi Mikanadze oktyabrın 20-21-də Ermənistanda rəsmi səfərdə olacaq.

KONKRET.az xəbər verir ki, gürcü nazir İrəvanda ölkələr arasında təhsil və elmi əlaqələrin gücləndirilməsi, həmçinin birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.

Mikanadze Beynəlxalq Bilik Forumunda iştirak edəcək və “Qlobal Çağırışlara Cavabda Milli Fəaliyyətlər” panel müzakirəsində çıxış edəcək.

Onun Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşü nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*