Gürcüstanın Birinci Kanalı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, “Dəyişiklik naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiya inzibati qaydada həbs edilib.
KONKRET.az xəbər verir ki, bir neçə saat əvvəl polis təşkilatlardan birinin və bir neçə müxalifət partiyasının ofisinə daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları Droa partiyasının ofisində axtarış aparıblar.
Ofisin ərazisində Nika Qvaramiya ilə polis arasında mübahisə baş verib, bundan sonra Qvaramiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Günel Mikayılova,
KONKRET.az