Gürcüstanda ağır qəza – 7 azərbaycanlı öldü – Videobackend

Gürcüstanda ağır qəza - 7 azərbaycanlı öldü - Video

Gürcüstanın Qardabani rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 7 azərbaycanlı ölüb.

KONKRET.az news24-ə istinadən xəbər verir ki, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza bu gün Qardabaninin azərbaycanlıların yaşadığı Birlik kəndində baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını, bunun nəticəsində insan ölümünə səbəb olmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*