Gürcüstandan Azərbaycana pul köçürmələri iyul ayında 7 milyon dollara çatıb.
KONKRET.az xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.
Gürcüstandan Azərbaycana yönələn pul köçürmələrinin həcmi əks istiqamətdə olan köçürmələri təxminən iki dəfə üstələyib. Belə ki, iyul ayında Azərbaycandan Gürcüstana 3,55 milyon ABŞ dolları məbləğində vəsait göndərilib.
Ümumilikdə isə iyul ayında Gürcüstana xaricdən 350,05 milyon ABŞ dolları məbləğində pul köçürməsi daxil olub.
Ağagül Mürsəlov,
KONKRET.az
