Haaland formasındakı soyadını dəyişdirdibackend

Haaland formasındakı soyadını dəyişdirdi

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland Norveç millisindəki formasındakı soyadını dəyişdirməyə qərar verib.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Norveç yığmasının mətbuat xidməti məlumat yayıb.

Futbolçunun “9” nömrəli formada, “Braut Holand” soyadı ilə çıxış edəcəyi bildirilib.

25 yaşlı hücumçu əvvəllər meydana yalnız atasının soyadı ilə çıxırdısa, indi anası Qryu Marita Brautun da soyadını formasına əlavə edib.

Beləliklə, ön xətt oyunçusu Norveç millisində hər iki valideyninin soyadı altında meydana çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*