Hacı İlqar niyə saxlanıldı? – “Ocaqnejat onun ailə üzvü olan qadınla evlidir” – FOTObackend

Hacı İlqar niyə saxlanıldı? - “Ocaqnejat onun ailə üzvü olan qadınla evlidir” - FOTO

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlunun DTX tərəfindən saxlanılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Onun İranla əlaqələri barəsində müxtəlif ittihamlar səsləndirilub.
KONKRET.az xəbər verir ki, tanınmış jurnalist Aygün Muradxanlı onun İranla bağlılığı barədə maraqlı məlumat paylaşıb.
Jurnalistin yazdığına görə, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi olmuş Əli Əkbər Ocaqnejat Hacı İlqar İbrahimoğlunun ailə üzvü olan qadınla evlidir:
“Hacını uzun illərdir tanıyıram. Bu gün eşitdim ki, Ocaqnejat onun ailə üzvüdür. Daha dəqiq, yaxın zamanlara qədər İranın ali dini liderinin Azərbaycan Respublikasındakı təmsilçisi olmuş Ocaqnejat Hacının ailə üzvü olan qadınla evlidir”.
Qeyd edək ki, İlqar İbrahimoğlu bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. O, feysbuk-da canlı yayım açaraq şahid qismində dindirildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*