Hamilə arvadını dənizdə boğaraq öldürən şəxsə HÖKM OXUNDUbackend

Hamilə arvadını dənizdə boğaraq öldürən şəxsə HÖKM OXUNDU

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun məhkəməsi yekunlaşıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. A. Əhmədov 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin avqustunda 1986-cı il təvəllüdlü Anar Əhmədov istirahət mərkəzlərindən birində dənizdə hamilə arvadı, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*