Hantavirusla bağlı sensasion AÇIQLAMA: Azərbaycanda da yayılacaq?backend

Hantavirusla bağlı sensasion AÇIQLAMA: Azərbaycanda da yayılacaq?

Türkiyədə son günlərdə hantavirusla bağlı yayılan məlumatlar Azərbaycanda da narahatlıq yaradıb. Xüsusilə, sosial şəbəkələrdə xəstəliyin sürətlə yayıla biləcəyi ilə bağlı iddialar insanlarda suallar doğurur. Bəs hantavirus həqiqətən təhlükəlidir və bu virus Azərbaycana yayıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və insanlar arasında ötürülmür:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Hantavirus insandan-insana keçmir. Virus əsasən siçan və siçovullar vasitəsilə yayılır. Gəmiricilər insanı dişlədikdə və ya onların ifrazatları ətraf mühitə yayıldıqda yoluxma baş verə bilər. Həmin ifrazatlar quruyub toza çevrilir, insan da onu nəfəs vasitəsilə qəbul etdikdə virusa yoluxur.

İnsandan-insana keçmədiyinə görə koronavirusdakı kimi pandemiya riski yoxdur. Virus daşıyan siçan və siçovulların kütləvi şəkildə hər yerə yayılması real görünmür. Daha çox tək-tək yoluxma halları müşahidə edilir”.

R.Bağırov qeyd edib ki, gəmiricilərlə təmasda olmayan insanlar üçün ciddi təhlükə yoxdur. Bununla belə, xəstəliyin ağır nəticələri ola bilər:

“Ən təhlükəli tərəfi odur ki, hantavirusa yoluxan xəstələrdə ölüm riski yüksəkdir. Bəzi hallarda ölüm 40 faizə qədər çata bilir. Təəssüf ki, xəstəliyin xüsusi müalicəsi də yoxdur”.

Mütəxəssis vətəndaşlara xüsusilə zirzəmi, anbar və uzun müddət istifadə olunmayan qapalı məkanlarda ehtiyatlı olmağı, gəmirici izləri olan yerlərdə gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*