Hindistanın paytaxtı Yeni Delhidə havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb.
KONKRET.az xəbər verir ki, buna səbəb havanın çirklənməsidir.
Səlahiyyətlilər havanın çirklənməsi səbəbindən məktəbləri bağlamaq və tikinti işlərini dayandırmaq qərarına gəliblər.
Şəhərdə 10-12-ci siniflərdən başqa bütün dərslərin onlayn keçiriləcəyi bildirilərkən, içərisində təcili ehtiyac olmayan materialların olduğu yük maşınlarının şəhərə girişi qadağan edilib.
Proqnozlara görə, havanın çirklənməsi həftə boyu yüksək səviyyədə davam edəcək.
Məlik,
KONKRET.az