Hayk Nahapetyan: ” İrana hücum olarsa Ermənistan Qərbin müttəfiqinə çevriləcək”backend

Hayk Nahapetyan: " İrana hücum olarsa Ermənistan Qərbin müttəfiqinə çevriləcək"

Suriyada baş verənlər Ermənistanda bir mənalı qarşılanmayıb. Erməni ekspertlər Bəşər Əsəd rejiminin devrilməsini müxtəlif kontekstlərdən şərh edirlər və elə hesab edirlər ki, Suriyadakı hadisələr Ermənistandan da yan keçməyəcək.

Erməni hərbi ekspert Hayk Nahapetyan bildirib ki, müharibə təhlükəsi artıq  İranın qapısını döyür və növbəti sırada Ermənistandır.

KONKRET.az xəbər verir ki, o, Suriyadakı vəziyyətə diqqət yetirməyə çağırıb. Qeyd edib ki, Suriya bir dövlət olaraq faktiki mövcudluğunu dayandırıb, ölkə ərazilərinin 60%-i İsrailin təsir zonasının bir hissəsidir. Müəyyən ərazilər işğal olunub, hava hücumundan müdafiə sistemləri məhv edilib. Bu arada hərbi əməliyyatlar artıq İraq ərazisinə keçib. “ İsrail  və ABŞ İranın təhlükəsizlik zonası hesab edilən əraziləri – Livan, Suriya və Omanı məhv etməyə çalışır. Bölgə müharibə dövrünə qədəm qoyub. İsrail İrana qarşı birbaşa hərbi əməliyyata hazırlaşır. Bu ssenari nəinki realdır, o, artıq həyata keçirilməkdədir”. Ekspert hesab edir ki,  indiki hakimiyyət Ermənistanı ABŞ və NATO-nun təsir dairəsinə daxil etməklə, hərbi əməliyyatlar zamanı İrana qarşı Qərbin müttəfiqinə çevriləcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*