Həbsdə olan şəxs aliment ödəməlidirmi? – VACİB AÇIQLAMAbackend

Həbsdə olan şəxs aliment ödəməlidirmi? - VACİB AÇIQLAMA

Azərbaycanda boşanma halları zamanı uşaqların maddi təminatı ilə bağlı ən çox verilən suallardan biri alimentlə əlaqədardır. Xüsusilə, aliment ödəyən valideynin cəzaçəkmə müəssisəsinə düşməsi fonunda vəziyyətin necə tənzimləndiyi geniş ictimai maraq doğurur. Maraqlıdır, şəxs həbsxanaya düşərsə, ondan yenə də aliment tələb olunurmu?

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, aliment borcuna və ya digər səbəblərə görə azadlıqdan məhrum edilən şəxslərlə bağlı prosedurlar müəyyən olunmuş qaydalarla tənzimlənir.

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir" Pravda.az

“Əgər valideynin həbs olunması barədə icra məmuruna məlumat verilərsə, bu halda dövlət məmuru cəzaçəkmə müəssisəsinə rəsmi şəkildə müraciət ünvanlayaraq məhkuma iş təklif olunmasını təmin edir. Qanunvericiliyə əsasən məhkumun məcburi əməyə cəlb olunması qadağandır. Bu səbəbdən iş təklifi yalnız könüllü əsaslarla qəbul oluna bilər. Əgər məhkum razılıq verərsə, əmək fəaliyyəti ilə məşğul olur və qazandığı məvacibdən aliment borcu üzrə ödənişlər həyata keçirilir. Əgər məhkum işləməkdən imtina edərsə, onun aliment borcu toplanır. Şəxs azadlığa buraxıldıqdan sonra bu borcun ödənilməsi onun üzərində qalır. Eyni zamanda, əgər aliment öhdəliyi davam edirsə, azadlıqdan sonra həm yığılan borc, həm də cari aliment ödənilməlidir”.

Hüquqşünas qeyd edib ki, bu kimi hallarda himayəsində uşağı olan valideyn dövlətin sosial müdafiə orqanlarına müraciət edə bilər.

“Onlar sosial yardım üçün əsas kimi sabiq həyat yoldaşının həbsdə olduğunu, aliment ödənişinin həyata keçirilmədiyini və özlərinin işləyə bilmədiyini göstərməlidirlər. Aliment probleminin sistemli şəkildə həlli üçün Aliment Fondunun yaradılması təklif olunub. Lakin bu təşəbbüslə bağlı hələ konkret qərar qəbul edilməyib”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*