backend

Həbsxanada "palajenyaya" baxdığını deyən şəxsi öz dostu öldürüb - MƏHKƏMƏ İŞİ

Birlikdə yeyib-içdiyi şəxsi öldürən Ənvər hakim qarşısına çıxarılır. Onun qətlə yetirdiyi şəxs həbsxanadan yeni çıxıbmış.

KONKRET.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ənvər Umudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Ənvər Umudov əməlindən peşman olduğunu, qətli törədən zaman sərxoş olduğunu deyib.

Hadisə Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində baş verib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə ...

Ənvər Umudov evinə qonaq çağırdığı həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ənvər Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb.

Qanlı sonluqla bitən içki məclisi

Məlum olub ki, ev sahibi Ənvər Umudov hadisə baş verən günü evində içki məclisi qurub. O, içki məclisinə tanışı Akif İbrahimovu dəvət edib.

Tanışlar yeyib-içəndən sonra sərxoş olublar. Bu zaman onların sözləri bir-birilərinə xoş gəlməyib. Dəfələrlə məhkum olunan Akif İbrahimov həbsdə olduğu müddətdə “palajenya”ya nəzarət etdiyini deyib. Ənvər Umudov isə onun bu sözlərinə təhqiredici formada cavab verib.

Bundan əsəbləşən Akif İbrahimov isə onu döyüb. Bu vaxt Ənvər Umudov evində saxladığı tüfəngi götürərək, qonağını güllələyib.

Mingəçevirdə odlu silahla qətl törədən şəxs saxlanılıb » Miq.AZ ...

Ənvər Umudov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilir.

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.

İlkin Muradov

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*