Həkimlərə sevindirici xəbər – Müraciətlər başladıbackend

Həkimlərə sevindirici xəbər - Müraciətlər başladı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müxtəlif ixtisaslar üzrə həkim mütəxəssislər və tibb işçiləri axtarır.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Dövlət Xidmətindən məlumat verilib.

Vakansiyalar həkim-otorinolarinqoloq, həkim-oftalmoloq, həkim-cərrah, elektrokardioqrafiya, exokardioqrafiya və elektroensefaloqrafiya-funksional diaqnostika istiqamətlərini əhatə edir.

Müraciət etmək istəyənlər [email protected] elektron poçt ünvanına yaza və ya bu linkə daxil olaraq anketi doldura bilərlər.

Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin (FİN) qeyd edilməsi mütləqdir. Ətraflı məlumat üçün 9100 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Namizədlərin seçimi zamanı kliniki təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*