HƏMAS AÇIQLADI:  ABŞ-ın cavabını gözləyirikbackend

HƏMAS AÇIQLADI:  ABŞ-ın cavabını gözləyirik

Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəs üçün əvvəllər irəli sürülən şərtlərə ABŞ-ın rəsmi cavabını gözləyir.

KONKRET.az bildirir ki, bu barədə CNN kanalında təşkilatın İrandakı nümayəndəsi Xalid əl-Kaddumi məlumat verib.

“ABŞ deyir ki, sülhsevər xalqdır. Əgər həqiqətən sülh tərəfdarıdırsa, qoy müharibəni dayandırsın”, – o qeyd edib.

Əl-Kədduminin sözlərinə görə, heç bir təklif dörd əsas tələbə cavab verməsə qəbul edilə bilməz: hərbi əməliyyatların dayandırılması, İsrail qoşunlarının çıxarılması, nəzarət-buraxılış məntəqələrinin açılması və humanitar yardımın maneəsiz çatdırılması bu dörd bəndə daxildir. Bunlar HƏMAS-ın şərtləri deyil, bütün dünya tərəfindən dəstəklənən humanitar tələblərdir.

Əl-Kaddumi həmçinin bildirib ki, Qəzzada vəziyyət son dərəcə təhlükəli və kritik mərhələyə çatıb. Onun sözlərinə görə, bu gün təkcə Həmas deyil, bütün Fələstin xalqı və dünya ictimaiyyəti ABŞ-ın dəstəklədiyi sionist rejimə qarşıdır.

Mayın 31-də HƏMAS girovları fələstinli məhbuslarla dəyişməyə hazır olduğunu təsdiqləsə də, tam atəşkəs, İsrail qoşunlarının çıxarılması və humanitar yardımların təmin edilməsi üçün əks tələb irəli sürüb. ABŞ və İsrail bunu təklif olunan planın rədd edilməsi kimi qiymətləndirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*