HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: “Yolumuz dəyişməz olaraq qalır”backend

HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"

HƏMAS Siyasi Bürosunun yeni seçilmiş rəhbəri Xəlil əl-Həyə vəzifəyə başladıqdan sonra ilk müraciəti ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, o, çıxışında təşkilatın əsas xəttini davam etdirəcəyini vurğulayıb:

“Biz Əl-Aqsə məscidi və Fələstin azad olunana qədər eyni yolla getməyə davam edəcəyik”.

Əl-Həyə həmçinin Qəzza zolağının sakinlərinə müraciət edərək HƏMAS-ın Qəzzanı ağrılardan qurtarmaq və ora layiqli həyatı qaytarmaq üçün çalışacağını bəyan edib. Bundan əlavə, o, İordan çayının qərb sahilinin və Qüdsün sakinlrinə dəstəyini ifadə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*