Həmcinslərini Türkiyədə hədə-qorxu yolu ilə cinsi istismara məruz qoyan qadınla bağlı QƏRARbackend

Həmcinslərini Türkiyədə hədə-qorxu yolu ilə cinsi istismara məruz qoyan qadınla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Nigar Yusifovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlәt ittihamçısı tәrәfindәn verilәn apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttiham aktına əsasən, Nigar Yusifova digər şəxslərlə, o cümlədən şəxsiyyətləri istintaqla araşdırılan Türkiyə vətəndaşları ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında fəaliyyət göstərib. O, qadınları aldatma, hədə-qorxu gəlmə və məcburetmə yolu ilə, habelə onların zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar məqsədilə Azərbaycanın dövlət sərhədindən kənara çıxararaq insan alveri cinayətlərini təkrarən törətməkdə təqsirləndirilir.

İstintaqla müəyyən edilib ki, o, tamah niyyəti ilə Türkiyədə yaşayan və “Hüseyn” adı ilə tanınan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaradıb. Bu razılaşmaya əsasən, Nigar 2022-ci ilin mart ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində olarkən “Whatsapp” vasitəsilə zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayaraq onu Türkiyənin Diyarbəkir şəhərində işlə təmin edəcəyi vədi ilə aldadıb. Zərərçəkmiş şəxsin işsiz olması və maddi vəziyyətinin ağır olması onun zəif vəziyyətindən istifadə edilməsinə şərait yaradıb. S.S.-in razılığı alındıqdan sonra təqsirləndirilən şəxs bütün yol xərclərini ödəyərək 02 may 2022-ci il tarixdə həmin şəxsi Azərbaycanın dövlət sərhədindn keçirərək Türkiyənin Diyarbəkir şəhərinə aparıb.

Nigar zərərçəkmiş şəxsi kirayə götürdüyü evə yerləşdirdikdən sonra digər cinayət ortağı ilə birlikdə ona qarşı hədə-qorxu gəlməklə, o cümlədən barəsində rüsvayedici məlumatların yayılması və məsuliyyətə cəlb etdirilməsi ilə təhdid edərək 02 may – 16 may 2022-ci il tarixləri ərzində müxtəlif kişi müştərilərlə görüşdürüb və pul müqabilində cinsi əlaqəyə məcbur etməklə istismar edib.

Bundan sonra təqsirləndirilən şəxs analoji cinayət əməllərini təkrar törətməkdə ittiham olunur.

Belə ki, o, 2024-cü ilin mart ayında Türkiyə vətəndaşı “Mehmet” adlı şəxslə cinayət əlaqəsinə girərək eyni üsulla daha bir qadını – F.F.-i (adı, soyadı şərtidir) cinsi istismar məqsədilə xaricə aparmaq barədə razılıq əldə edib. Nigar yenidən “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq zərərçəkmiş şəxsi Türkiyənin Quşadası şəhərində işlə təmin edəcəyi vədi ilə aldadıb və onun zəif sosial vəziyyətindən istifadə edib.

Razılıq əldə edildikdən sonra 17 mart 2024-cü il tarixdə həmin şəxs Bakı şəhərində yerləşən beynəlxalq hava limanı vasitəsilə Türkiyəyə aparılıb. Nigar onu Quşadası şəhərində kirayə götürdüyü evə yerləşdirərək digər cinayət ortağı ilə birlikdə hədə-qorxu və məcburetmə yolu ilə 17 mart – 30 mart 2024-cü il tarixləri arasında cinsi istismara məruz qoyub.

Bundan başqa, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək 2024-cü ilin mart ayının ortalarında tanışı olan daha bir qadınla – R.R. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayıb və onu da eyni üsulla – iş vədi ilə aldadaraq Türkiyəyə aparıb. 31 mart 2024-cü il tarixdə ölkədən çıxarılan həmin şəxs Quşadasında yerləşdirildikdən sonra 19 may 2024-cü il tarixədək kişi müştərilərlə görüşdürülərək cinsi istismara məruz qoyulub.

Bundan başqa, həmin ilin mart ayının sonlarında digər bir qadın da eyni üsulla aldadılaraq Türkiyəyə aparılıb. O, 31 mart – 09 may 2024-cü il tarixləri ərzində eyni qaydada cinsi istismara məruz qoyulub.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs daha sonra 2024-cü ilin iyun ayında növbəti cinayət epizodunu törədib. Belə ki, Nigar yenidən “Mehmet” adlı şəxslə əlbir olaraq başqa bir qadını – H.T.-ni (adı, soyadı şərtidir) Türkiyənin Quşadası şəhərində işə düzəldəcəyi vədi ilə aldadıb və 22 iyun 2024-cü il tarixdə onu ölkədən çıxararaq xaricə aparıb.

Həmin şəxs də kirayə mənzildə saxlanılaraq 22 iyun – 08 iyul 2024-cü il tarixləri ərzində hədə-qorxu və məcburetmə yolu ilə müxtəlif şəxslərlə cinsi əlaqəyə məcbur edilib.

Beləliklə, Nigar Yusifova müxtəlif vaxtlarda bir neçə qadını aldatma, hədə-qorxu və məcburetmə yolu ilə, onların zəif sosial vəziyyətindən istifadə etməklə xarici ölkəyə apararaq sistemli şəkildə cinsi istismara məruz qoyub və bununla da təkrarən, iki və daha artıq şəxs barəsində insan alveri cinayətlərini törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilib. Hökmdən narazı qalan dövlәt ittihamçısı apellyasiya protesti verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*