Həmin əməliyyatı edən həkim “Dr. Gülü” imiş – VİDEObackend

Həmin əməliyyatı edən həkim “Dr. Gülü” imiş – VİDEO

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən klinikalardan birində qadına qeyri-tibbi şəraitdə liposaksiya (piysorma) edildiyini əks etdirən görüntülərdə iştirak edən həkimin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, “Barometr”in məlumatına görə, proseduru ötən il mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva icra edib.


***

Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda pasiyent qadının üzərində heç bir anesteziya (ağrıkəsici) tətbiq edilmədən prosedurun aparıldığı aydın görülür.

Bununla yanaşı, tibbi və sanitar-gigiyena qaydalarının kobud şəkildə pozulduğu otaqda əməliyyat getdiyi an kənar bir şəxsin də içəri daxil olduğu kameraya düşüb. 

Qeyd edək ki, sözügedən əməliyyatın konkret olaraq hansı tibb müəssisəsində hansı həkim tərəfindən icra edildiyi və görüntülərin hansı tarixdə çəkildiyi barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*