Hərbçilər kəndirlə enib İran gəmisini ələ keçirdilər – VİDEObackend

Hərbçilər kəndirlə enib İran gəmisini ələ keçirdilər – VİDEO

ABŞ Ordusunun Mərkəzi Komandanlığı İrana məxsus yük gəmisinin ələ keçirilmə anını əks etdirən video paylaşıb. 

KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

ABŞ dəniz piyadalarının amfibiya hücum gəmisi “USS Tripoli”dən helikopterlə havaya qalxaraq “MV Tosca” adlı gəmiyə doğru hərəkət etdikləri və onu xüsusi əməliyyatla ələ keçirdikləri bildirilir.

Məlumata görə, hərbçilər helikopterdən kəndir vasitəsilə İran bayrağı altında üzən gəminin göyərtəsinə eniblər.

Komandanlıq iddia edib ki, bu addım gəminin altı saat ərzində ABŞ qüvvələrinin təkrar xəbərdarlıqlarına məhəl qoymamasından sonra atılıb./Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*