Hərbi ekspert: Ukrayna hücumlara hazırlaşır – VİDEObackend

Hərbi ekspert: Ukrayna hücumlara hazırlaşır - VİDEO

Ukraynanın Müstəqillik Günü ilə bağlı dövrdə raket və dron hücumları təhlükəsi arta bilər. Bu səbəbdən insanların böyük kütlə halında toplaşdığı yerlərdən uzaq durmaq tövsiyə olunur.

KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert Denis Timoçko bildirib.

Onun sözlərinə görə, Ukraynanın Müstəqillik Günü Rusiya üçün simvolik tarixdir və buna görə həmin dövrdə raket və dron hücumları təhlükəsi artır.

Ekspert qeyd edib ki, əsas məsələ Rusiyanın həmin tarixə qədər hansı zərbə potensialını formalaşdıra biləcəyidir.

“Mən tam əminəm ki, bu günlərdə düşmən təhlükə yaradacaq”, – deyə Timoçko bildirib.

O əlavə edib ki, Ukrayna mümkün hücumlara hazırlaşır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*