backend

Həyat yoldaşını yaxınlıqdan imtina etdiyi üçün öldürən kişinin məhkəməsi oldu

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Vose rayon məhkəməsi qəsdən adam öldürməkdə təqsirləndirilən vətəndaş Xəlifəyev Fərrux Nazarmatoviçə hökm oxuyub. Cinayət 2018-ci ilin iyun ayında törədilib. F.Xəlifəyev həyat yoldaşını öldürüb.

Ötən il iyunun 18-də səhər saat 8 radələrində F.Xəlifəyev Hamadoni rayonunun Moskva kəndində yerləşən evinə gəlib. Kişi uşaqları ilə yatmış arvadı Razokova Arus Saidaxrorovnanı oyadbı və qadını yaxınlıq üçün qonşu otağa keçməyə çağırıb. Arvad ər ilə cinsi əlaqədə olmaqdan imtina edbi, hirsli kişi arvadına 13 bıçaq zərbəsi vurub, nəticədə qadın yerindəcə ölüb.

Cinayəti törətdikdən sonra F.Xəlifəyev əməlini etiraf etdiyi Hamadoni rayonunun polis idarəsinə gəlib. Ona qarşı Tacikistan Respublikası Cinayət Məcəlləsinin 104, 4.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Hamadoni Rayon Məhkəməsinin qərarı ilə Fərrux Xəlifəyev cəzasını ciddi rejimli koloniyada çəkməklə 11 il azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*