Hikmət Hacıyevdən amerikalı konqresmenin sülh gözləntisinə reaksiya – BU MƏSƏLƏNİN HƏLLİNDƏN SONRA SAZİŞ ÜÇÜN MANEƏ QALMAYACAQbackend

Hikmət Hacıyevdən amerikalı konqresmenin sülh gözləntisinə reaksiya - BU MƏSƏLƏNİN HƏLLİNDƏN SONRA SAZİŞ ÜÇÜN MANEƏ QALMAYACAQ

Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət  Hacıyev Gununsesi.info-ya müsahibəsində ABŞ Konqresinin üzvü Abraham Hamadehin  Ermənistan-Azərbaycan sülh prosesinə dair açıqlamasına münasibət bildirib. 

KONKRET.az gununsesinfo-ya istinadən xəbər verir ki, amerikalı konqresmen ABŞ mediasına müsahibəsində deyib ki, sülh prosesi bir çoxlarının gözlədiyindən daha sürətlə irəliləyir və yekun sülh sazişinin  Donald Trampın hazırkı prezidentlik müddətinin başa çatmasından xeyli əvvəl əldə oluna biləcəyini düşünür.

Hikmət Hacıyev də Azərbaycan tərəfinin  bu prosesi dəstəklədiyini bəyan edib:

“Cənab prezidentin dediyi kimi, Azərbaycan üşün sülh ab-havası artıq var. Belə ki, de-fakto olaraq sülh var. 8 avqustda prezident  Trampın iştirakı və şahidliyi ilə Ermənistan və Azərbaycan arasında  dövlətlərarası münasibətlərin normallaşması haqqında  sənəd paraflandı.

Ermənistandakı daxili siyasi gündəliyin tərkib hissəsi olaraq müəyyən proseslər olmaldır. Açıq şəkildə desək, Ermənistan konstitusiyasında Azərbaycanın  ərazi bütövlüyü ilə bağlı olan müddə  var ki, onun da aradan qaldırlıması lazımdır.

Biz bundan sonra  sülh müqaviləsi üçün hər hansı maneə görmürük. Bütün hallarda bu Erməınistanın daxili siyasi gündəliyindən asılıdır. Biz  çox böyük ümid edirik ki, bu baş versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*