Hindistan “Akash Prime” zenit raket kompleksini sınaqdan keçirdi (VİDEO)backend

Hindistan “Akash Prime” zenit raket kompleksini sınaqdan keçirdi (VİDEO)

Hindistan Müdafiə Nazirliyi “Akash Prime” adlı yenilənmiş zenit raket kompleksinin uğurlu sınaqdan keçirildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, sınaqlar ölkənin şimalında, Ladax bölgəsində yerləşən yüksək dağlıq poliqonda aparılıb.

Raket düşmən pilotsuz uçuş aparatlarını imitasiya edən hədəfləri dəqiqliklə vuraraq seyrək hava və çox aşağı temperatur şəraitində effektivliyini sübut edib. Nazirliyin məlumatına görə, bu sınaq Hindistan Silahlı Qüvvələrinin modernizasiya proqramı çərçivəsində həyata keçirilib.

Yenilənmiş raket aktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz olunub, bu da hədəflərin daha dəqiq məhv edilməsinə imkan verir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*