Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayırbackend

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib.

Onun sözlərinə görə, Hindistan Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyir və ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmalarını alqışlayıb:

“Ümid edirik ki, bu, davamlı sülhün bərqərar olmasına gətirib çıxaracaq. Hindistanın mövqeyi tamamilə aydındır: mübahisələr dialoq və diplomatiya vasitəsilə həll edilməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*