Hörmüz boğazında ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıyan iki supertanker dəniz minalarına düşərək partlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə Hörmüz boğazının cənub hissəsində baş verib. Tankerlər İranın müəyyən etdiyi qaydalara zidd marşrutla hərəkət etməyə çalışarkən dəniz minalarına düşüb və gəmilərdə partlayışlar baş verib.
Hadisədən sonra hər iki tankerin ekipaj üzvləri gəmiləri tərk ediblər.
Daşınan neftin ümumi həcminin 4,5 milyon bareldən çox olduğu bildirilir. Bununla belə, gəmilərin adları, hansı ölkəyə məxsus olduqları, ekipaj üzvlərinin vəziyyəti və mümkün neft sızması barədə ətraflı məlumat açıqlanmayıb.
