Hövsan qəbiristanlığından və evlərdən oğurluqlar edən 3 nəfər saxlanıldı – VİDEObackend

Hövsan qəbiristanlığından və evlərdən oğurluqlar edən 3 nəfər saxlanıldı - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqdan dəyəri 400 manat olan qəbir daşını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən KONKRET.az verilən məlumata görə, əməliyyat zamanı oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Şirməmməd Məmmədov tutulub.

O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində evlərdən birinin dəyəri 400 manat olan dəmir darvazasını və qəsəbə ərazisində yerləşən piyada keçidinin avadanlıqlarını oğurlayan Ağsu rayon sakini Rahim Məmmədov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qram narkotik vasitə heroin də aşkar edilib.

İdarə əməkdaşlarının Hövsan qəsəbəsində həyata keçirdikləri digər əməliyyat zamanı isə evlərdən oğurluq edən daha bir nəfər – qəsəbə sakini Azər Əliyev saxlanılıb. Onun Hövsan qəsəbəsində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Şirməmməd Məmmədov, Azər Əliyev və Rahim Məmmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*