Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
KONKRET.az 7Times.az-a istinadla xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu tutduğu vəzifədən azad edilib.
O, 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.
Qeyd edək ki, Anar Oruclu 2022-cİ ildən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışırdı.
