İDDİA: Melaniya Tramp Ağ Evdə yaşamır, müstəqil həyat sürürbackend

İDDİA: Melaniya Tramp Ağ Evdə yaşamır, müstəqil həyat sürür

ABŞ Prezidenti Donald Trampın bioqrafı Maykl Vulf “Howl” adlı bülletenində sensasion iddia ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, 56 yaşlı birinci xanim Melaniya Tramp həyat yoldaşı yenidən hakimiyyətə qayıtdıqdan bəri demək olar ki, Ağ Evdə bir gecə də keçirməyib.

Seçki kampaniyasının sonuna yaxın köməkçilər artıq Melaniyanı “yarımştat birinci xanım” adlandırmağa başladığını etiraf ediblər. O, demək olar ki, tamamilə müstəqil həyat tərzi sürərək Nyu-Yorkda məskunlaşıb.

Melaniya “Melania” brendi altında öz biznesini inkişaf etdirir. Bioqrafın sözlərinə görə, onun şirkəti ötən il 17 milyon dollar xalis mənfəət əldə edib.

Kitab müəllifi iddia edir ki, hələ 2024-cü il seçkiləri zamanı Trampın köməkçilərindən biri onun həyat yoldaşı barədə “O, onu bütün qəlbi ilə nifrətlə sevir” ifadəsini işlətmişdi. Buna baxmayaraq, cütlük bəzən (məsələn, avqustun 23-də Vaşinqtonda keçirilən “Freedom 250 Grand Prix” yarışından əvvəl) rəsmi tədbirlərdə birlikdə görünür.

Maykl Vulfun fikrincə, Melaniya ABŞ tarixində ilk dəfə olaraq Ağ Evdə yaşamaqdan imtina edən və birinci xanım statusunu milyonluq kommersiya layihəsinə çevirən unikallığa nail olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*