III Çarlz sağlamlığından danışdıbackend

III Çarlz sağlamlığından danışdı

Böyük Britaniya kralı III Çarlz Midland Metropolitan Universitet Xəstəxanasının açılış mərasimində iştirak edib və xərçəng xəstələri ilə söhbət aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

76 yaşlı monarxın həmsöhbətlərindən biri də prostat xərçəngindən əziyyət çəkən kişi olub. Həmin şəxs xəstəliyin son mərhələsində olduğunu deyib.

Daha sonra o, fiziki problemlər yaşadığı barədə şayiələr yayılan III Çarlzın özünü necə hiss etdiyini soruşub.

“Mən o qədər də pis deyiləm”, – deyə, Çarlz cavab verib.

Onun fikrincə, xərçənglə mübarizədə ən vacib şey onun erkən diaqnozunu qoymaqdır. Monarx sağalmağa hər zaman ümidin olduğunu vurğulayıb.

Kral digər xəstələrlə də danışıb. Onlarla söhbətində Çarlz etiraf edib ki, 70 ildən sonra onun orqanizmi artıq keçmişdəki kimi fəaliyyət göstərmir.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*