İki erməni çoban öldürüldübackend

İki erməni çoban öldürüldü

Konkret.az erməni mediasına istinadla xəbər verir ki, dünən saat 5:05-də Sisyan Polis İdarəsinə gələn bir vətəndaş atasını və bir kəndlisini otlaqda ölü vəziyyətdə tapdığını deyib.

Dərhal istintaq-əməliyyat qrupu hadisə yerinə gedərək Torunik şəhər sakini, 1968-ci il təvəllüdlü bir kişinin cəsədini və 1992-ci il təvəllüdlü gənc oğlanın meyitini müəyyən edib. Hər ikisi 16 mm kalibrli ov tüfəngi ilə başından güllələnib.

Hadisə ilə bağlı Syunik Regional İstintaq İdarəsinin Sisyan İstintaq Bölməsində cinayət işi başlanıb.

İlkin istintaq zamanı bir sıra istintaq hərəkətləri – dindirilmələr, hadisə yerinə baxış keçirilib, nümunələr götürülüb.

Cəsədlər tibbi ekspertizadan keçib.

FADİL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*