İki qardaş əmilərini baltaladı – Ucarda DƏHŞƏTLİ QƏTLbackend

İki qardaş əmilərini baltaladı - Ucarda DƏHŞƏTLİ QƏTL

Ucar sakini öldürülüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, B.Abbasov qohumları tərəfindən öldürülüb.

Faktla bağlı mərhumun qardaşının övladları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*