İlham Əliyev nümunəvi liderdir, Azərbaycanlılar mənim üçün… – Kavelaşvili / VİDEObackend

İlham Əliyev nümunəvi liderdir, Azərbaycanlılar mənim üçün… – Kavelaşvili / VİDEO

“Gürcüstanda çox sayda azərbaycanlılar yaşayır. Ölkənin bugünkü inkişaf mərhələsində onların rolu böyükdür”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Real TV-yə müsahibəsində deyib.

Gürcüstan Prezidenti müsahibəsində Azərbaycanla münasibətlərdən danışıb.

“Mən nümunəvi lider olan İlham Əliyev haqqında danışa bilərəm. Azərbaycana və İlham Əliyevə uğurlar arzu edirəm. Hesab edirəm ki, ilk səfərim Azərbaycana ola bilər. Azərbaycanla dostluqdan bəhs etdik. Ona görə də ilk səfərim Azərbaycana olmalıdır. Bu səfəri səbrsizliklə gözləyirəm”.

“Gürcüstanda çox sayda azərbaycanlılar yaşayır. Ölkənin bugünkü inkişaf mərhələsində onların rolu böyükdür.

Mənim şəxsən Gürcüstan vətəndaşı olan azərbaycanlılarla əlaqələrim var. Uşaqlıqdan birlikdə böyüdüyüm dostlarım var. Onlar mənim üçün yad deyillər, əksinə biz bir yerdə böyümüşük. Ölkə olaraq bu yolu birlikdə gəlirdik. Biz qafqazlıyıq və ən əsası dəyərlərimizi, dostluğumuzu, ailə müqəddəsliyini qoruyuruq. Biz bu münasibətimizi başqaları ilə bölüşə bilərik”.

Kavelaşvili müsahibəsində əvvəlcə Gürcüstanda keçirilən etiraz aksiyalarından danışıb.

Gürcüstan Prezidenti qeyd edib ki, onlar baş verən aksiyalardan öncədən məlumatlı olublar. O, Gürcüstan vətəndaşlarına təşəkkür edərək bildirib ki, onlar iqtidarın yanında olaraq xaricdən gələn bu təhlükəni uzaqlaşdırdılar.

Kavelaşvili Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvilinin əməllərini “keçmişin qalığı” adlandırıb.

Qonşu ölkə Prezidenti ABŞ-da keçirilən prezident seçkilərindən də söz açıb. O, qeyd edib ki, Gürcüstanın sağlam cəmiyyəti Donald Trampın qələbəsini arzu edirdi.

Ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*