İlon Maskdan gözlənilməz gedişbackend

İlon Maskdan gözlənilməz gediş

Dünyanın ən zəngin iş adamlarından olan İlon Mask “SpaceX” şirkətinin onun işdən çıxarılmasını hüquqi cəhətdən qeyri-mümkün vəziyyətə gətirmək niyyətində olduğunu təsdiqləyib. Sahibkar bu addımı şirkətin gələcək missiyasını qorumaq məqsədilə atdığını bildirib.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan Mask hədəflərindən yayınmaq istəmədiyini vurğulayıb. O, “Mən əmin olmalıyam ki, “SpaceX” kimlərinsə rüblük mənfəət bonusları ilə bağlı axmaqlıqlarına uymayacaq, həyatı çoxplanetli etmək və şüuru ulduzlara yaymaq missiyasına köklənməyə davam edəcək!” deyə bəyan edib.

Qeyd edək ki, layihənin təfərrüatları və idarəetmə strukturunda hansı dəyişikliklərin ediləcəyi barədə hələlik rəsmi məlumat verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*