“Son illər ərzində şəhərsalma və memarlıq sahəsi üzrə ardıcıl həyata keçirilən tədbirlər nəticəsində memarların gördüyü işlərin keyfiyyətində əhəmiyyətli dönüş yaranıb”.
KONKRET.az xəbər verir ki, “Təməl” memarlıq mükafatının təqdimat mərasimində bu fikirləri səsləndirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov memarların fəaliyyətini yüksək qiymətləndirib.
Bildirib ki, onlar müasir memarlıq nümunələrindən faydalanmaqla yanaşı, ənənələrimizə də hörmətlə yanaşırlar. “Bu sahədə böyük bir şövq və intuziazm hiss olunur. Hamı sanki bir-birilə yarışa girib və fərqlənməyə, öz layihəsini əzmlə həyata keçirməyə can atır”, – deyən İ.İsbatov bu prosesə Vətən müharibəsində qazanılan Şanlı Qələbənin böyük təsiri olduğunu dilə gətirib:
“Cəmiyyətin bütün sahələrində olduğu kimi, bu amil layihəçilərin və memarların fəaliyyətinə də ciddi təkan verib. Xüsusən gənclər bu sahədə daha da irəliləməyə, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinə öz töhfələrini verməyə çalışırlar”.
KONKRET.az