İyulun 14-də Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin (uşaq) axtarışları yekunlaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.