İmişlinin həbsdə olan sabiq icra başçısından XƏBƏR VARbackend

İmişlinin həbsdə olan sabiq icra başçısından XƏBƏR VAR

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan, İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

KONKRET.az xəbər verir ki, hakim İlkin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılsa da təmin edilməyib.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin may ayında İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. V.Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunub./trend/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*