“İnanclarıma görə atamla dəfələrlə mübahisə etmişəm”.
KONKRET.az xəbər verir ki, bunu “Formula 1” üzrə ikiqat dünya çempionu olan “Red Bull” komandasının pilotu Maks Ferstappen deyib.
Niderlandlı sürücü yarışöncəsi hadisələrə sakit yanaşmasının ona uğur gətirdiyini düşünür: “Formula 1” həyatımın böyük hissəsidir, lakin hər şey deyil. Uğur üçün daim yarışlar barədə düşünməli deyiləm. Mərhələlərin nə vaxt başlayacağını və bitəcəyini bilirəm. Sadəcə, işimi görürəm və bunu da sevirəm. Atam dəfələrlə bildirib ki, hadisələrə müdaxilə etməliyəm, sakit qalmamalıyam. Onunla müzakirələrdən çox şey öyrənmişəm, amma yenə də xasiyyətimi dəyişmirəm. Düşünürəm ki, atam yarışlardan əvvəl məndən daha həyəcanlı olur”.
Qeyd edək ki, Maks Ferstappen hazırda 400 xalla pilotların yarışına başçılıq edir. O, üçüncü dəfə dünya çempionu olmağa çox yaxındır.Report