“WhatsApp”a “Yaxın dostlar” funksiyası gəlir.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, WhatsApp iyeni funksiyanı sınaqdan keçirir. Məlumata görə “Instagram”da populyar olan “Yaxın dostlar” (Close Friends) siyahısı artıq “WhatsApp”ın status bölməsinə inteqrasiya ediləcək.
Yeni funksiya sayəsində istifadəçilər paylaşdıqları statusları hamı ilə deyil, yalnız özlərinin seçdiyi şəxslərlə bölüşə biləcəklər. Bu paylaşımlar xüsusi rənglə işarələnəcək və siyahıdakı şəxslərə göstəriləcək.
İstifadəçilər istədikləri vaxt siyahıya adam əlavə edə və ya çıxara biləcəklər.