“İnterpol” axtarırdı, İstanbulda saxlanıldı – FOTObackend

“İnterpol” axtarırdı, İstanbulda saxlanıldı - FOTO

“İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarılan bir Azərbaycan vətəndaşı İstanbulda saxlanılıb.

KONKRET.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul polisinin Asayiş Şöbə Müdirliyi tərəfindən aparılan əməliyyat zamanı dələduzluqda ittiham olunan 33 yaşlı Sadiq M. toxuculuq müəssisəsində tapılıb.

3.5 il əvvəl Azərbaycandan Türkiyəyə gedən və orada qeyri-qanuni işləyən Sadiq. M.-nin Azərbaycanda da qəsdən adam öldürmə cinayəti ilə axtarışda olduğu müəyyənləşib.

Polisdəki prosedurları tamamlanan şəxs Azərbaycana qayıtma prosesi çərçivəsində ədliyyəyə sövq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*