İnterpol bu azərbaycanlı qadını qırmızı bülletenlə AXTARIR – İnsan alveribackend

İnterpol bu azərbaycanlı qadını qırmızı bülletenlə AXTARIR - İnsan alveri

Azərbaycan hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

KONKRET.az xəbərinə görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 1984-cü ildə anadan olan Azərbaycan vətəndaşı Leyla Əliyeva insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən L. Əliyeva təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*