Avropa İttifaqının Gürcüstandan olan diplomatlar üçün vizasız rejimi dayandırmaq qərarı texniki detaldır və simvolik xarakter daşıyır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində bildirib: “ Mən bunda xüsusi bir şey görmürəm. Bu sadəcə texniki, simvolik bir addımdır. Bizim üçün əsas odur ki, ölkədə cəmiyyətin, xalqımızın əmin-amanlığına, mənafeyinə təhlükə olmasın. Biz Avropa İttifaqına viza ilə və ya vizasız gedə bilərik. Bunun heç bir ciddi əhəmiyyəti yoxdur ” , – dyə Kobaxidze bildirib .
Vəli Həsənoğlu,
KONKRET.az