İrakli Kobaxidze: “Xaricdə Gürcüstanla  bağlı dezinformasiya var”backend

İrakli Kobaxidze: "Xaricdə Gürcüstanla  bağlı dezinformasiya var"

Gürcüstanın baş naziri İrakli Kobaxidze hazırkı hakimiyyətə etiraz edən gəncləri  açıq müzakirəyə dəvət edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Kobaxidze bildirib: “Mən bir daha ictimai müzakirə üçün məkan açmaq istəyirəm. Baxırsan ki, keçmiş və indiki siyasətçilərin istənilən müzakirəyə girişmək resursu məhduddur. Bəzi keçmiş siyasətçilər debata qoşulmağa çalışsalar da, sonda ondan əl çəkməli oldular. Ona görə də mən ilk növbədə gəncləri, əsl səmimi gəncləri, etiraz hissi olan, istənilən formatda ictimai müzakirəyə qoşulmağa dəvət etmək istəyirəm”.

Kobaxidzenin aydınlaşdırdığı kimi, o, istənilən formatda 10-12 gənclə oturub-durmağa və onları narahat edən istənilən mövzuda açıq danışmağa hazırdır. Baş nazir həmçinin canlı yayımda istənilən xarici KİV-ə müsahibə verməyə hazır olduğunu da bildirib. Onun sözlərinə görə, xarici ölkələrdə Gürcüstanda baş verənlərlə bağlı dezinformasiya var.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*