İran ABŞ-a xəbərdarlıq etdi: “Münaqişə daha da genişlənəcək”backend

İran ABŞ-a xəbərdarlıq etdi: “Münaqişə daha da genişlənəcək”

İran ABŞ-ın İrana qarşı hava zərbələrini dayandırmasından sonra Fars körfəzi ölkələrinə qarşı cavab hücumlarını da dayandırdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya İran KİV-lərinə bildirib.

Onun sözlərinə görə, İranın strategiyası cavab xarakteri daşıdığı üçün ABŞ hücumları dayandırdıqdan sonra Tehran da cavab əməliyyatlarını müvəqqəti olaraq dayandırıb.

“Strategiyamız mahiyyət etibarilə cavab xarakteri daşıyır. Buna görə də cavab əməliyyatlarımızı da dayandırmışıq”, – deyə o bildirib.

Əkrəminiya ABŞ-ın mövqeyinin qeyri-müəyyən olduğunu da vurğulayıb. O bildirib ki, bu, həm ABŞ Prezidenti, həm də digər rəsmi şəxslərin bəyanatlarında, eləcə də ABŞ Mərkəzi Komandanlığının fəaliyyətində açıq şəkildə görünür.

İran ordusunun nümayəndəsi Vaşinqtona yeni xəbərdarlıq da edib. Onun sözlərinə görə, ABŞ yenidən İrana qarşı hava zərbələri endirərsə, bu, münaqişənin daha da genişlənməsinə səbəb olacaq.

“Əgər amerikalılar yenidən İsrailin aldatmasına uyaraq onun tərəfində yer alsalar və xüsusilə hava hücumları vasitəsilə müharibənin davam etdirilməsində israr etsələr, münaqişə daha da genişlənəcək”, – deyə Əkrəminiya qeyd edib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*